Ermənistanın dövlət borcu dörd il ərzində 2,58 milyard dollar və ya 37,6% artıb.
Teleqraf.com erməni qaynaqlara istinadən xəbər verir ki, apreldə bu rəqəm 91,3 milyon dollar artaraq 9,45 milyard dollara çatıb.
Hökumət antiböhran tədbirlərinin həyata keçirilməsi adı altında təkcə 2021-ci ildə dövlət borcunu 1,25 milyard dollar artırıb. Bu ilin cəmi 4 ayında dövlət borcu 222 milyon dollar böyüyüb. Bu pulun əhəmiyyətli hissəsi Mərkəzi Bank tərəfindən məzənnənin sabitləşdirilməsinə sərf edilib.
İqtisadçı Aram Açemyan bildirib ki, adambaşına düşən dövlət borcu təxminən 3200 dollardır.
Dörd il ərzində 2,45 milyard dollar borc xərclənib, lakin Ermənistanın nominal ÜDM-i təxminən 1,6 milyard dollar artıb və orta yoxsulluq səviyyəsi aşağı düşmək əvəzinə 27%-ə yüksəlib.