26 May 2022 23:26
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında 14 terrorçunu zərərsizləşdirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, silahlılar aprelin 18-dən İraqın üç bölgəsində davam edən "Pençe-Kilit" əməliyyatı zonasında məhv edilib.

Müdafiə Nazirliyi Türkiyə Silahlı Qüvvələrinin bölgədəki təhdidləri aradan qaldırmağa davam edəcəyini vurğulayıb.


Müəllif: Teleqraf.com