Böyük Britaniyanın tibb xidmətləri ölkədə sutka ərzində insanlar arasında meymunçiçəyi xəstəliyinə 71 yoluxma faktını aşkarlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Birləşmiş Krallıq Səhiyyə Təhlükəsizliyi Agentliyi (UK Health Security Agency, UKHSA) bildirib.
Məlumata əsasən, yoluxanların ümumi sayı 179 nəfərə çatıb.
Eyni zamanda, nadir bir xəstəliyin digər insanlara keçməsi hallarının əhəmiyyətli dərəcədə artmasına baxmayaraq, əhali üçün riskin olması Agentlik tərəfindən aşağı kimi qiymətləndirilib.
Bundan başqa, İspaniya hökuməti meymunçiçəyinə yoluxanların sayının 120 nəfərə çatdığını təsdiq edib. Ölkənin Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, İspaniyada meymunçiçəyi virusuna yoluxma hallarındakı artım davam edir.
Daha əvvəl İspaniya hökuməti meymunçiçəyinə yoluxanların sayının 98 nəfər olduğunu bəyan etmişdi.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, aprel və may aylarında Qərbi Avropanın bir sıra ölkələrində yayılan meymunçiçəyi virusu Afrikanın mərkəzində və qərbində rütubətli tropik meşələrdə rast gəlinən nadir xəstəlik növüdür.