4 İyun 2022 23:11
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin cənub-qərbindəki Quizhou əyalətində sürət qatarının relsdən çıxması nəticəsində bir nəfər ölüb, 8 nəfər yaralanıb.

Treleqraf.com xəbər verir ki, Çinin Dövlət Dəmiryolu Şirkəti ölən şəxsin qatarın maşinisti olduğunu açıqlayıb.

İlkin məlumata görə, qatar relsin üzərinə palçıq və qrunt sürüşməsi nəticəsində qəzaya uğrayıb. Xəsarət alanların biri qatar bələdçisi, yeddi nəfər isə sərnişidir. Onlar yerli xəstəxanaya yerləşdiriliblər. Şirkətdən bildiriblər ki, qalan 136 sərnişin təxliyə edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər