Suriyada prezident Bəşər Əsədə məxsus qüvvələrin törətdiyi qətliamla bağlı məlumatlar açıqlanıb.
Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, Suriyada Əsəd rejimi dinc xalqa qarşı qırğınlarına fasiləsiz davam edir. Bu barədə Suriya İnsan Haqları Monitorinq Təşkilatı açıqlama verib.
Bildirilir ki, Əsəd rejimi 40 gündə 2 min hava hücumu təşkil edib və nəticədə 527 mülki vətəndaş öldürülüb. Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, bununla da 2011-ci ilin mart ayında başlanan hava hücumları nəticəsində təxminən 200 min insanın ölümünə səbəb olan Əsəd rejimi yeni bir rekorda imza atıb.
Samir