22 İyun 2022 13:47
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün Türkiyə hərbi ehtiyaclarının 70 faizini yerli istehsalı hesabına ödəyir”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyi və Dövlət Departamentinin keçmiş rəsmisi Riç Autzen deyib.

Amerikanın sabiq rəsmisi Türkiyənin müdafiə sənayesində yüksək inkişaf nöqtəsinə çatdığını bildirib:

“Türkiyə müdafiə sənayesində müstəqil olmaq istəyir. Biz - ABŞ isə müştəri axtarırıq və sistemləri satmaq istəyirik. Bu durum da ziddiyyət yaradır. Bu gün Türkiyə öz ehtiyaclarının 70 faizini istehsal edir”.

Autzen Türkiyənin ABŞ-dan almaq istədiyi müdafiə sənayesi məhsullarının əngəlləndiyini deyib:

“ABŞ-ın satışlarında Konqresin rolu var və bu, bir az problem yarada bilər. Türkiyəyə satışın qarşısı Konqres tərəfindən alına bilər. Amma vəziyyət tamamilə ümidsiz deyil, bəzi məsələlərdə hələ də əməkdaşlıq edə bilərik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər