Ukraynada müharibə ölkənin şərqində davam edərkən Kiyevdən mühüm açıqlama gəlib.
Teleqraf.com xəbər verir ki, əks-hücuma qərar verən Ukrayna son 24 saat ərzində 46 yaşayış məntəqəsinin azad edildiyini bildirib.
Xerson vilayətinin qubernatoru Dmitri Butriy xilas edilən yaşayış məntəqələrinin əksəriyyətinin şimalda olduğunu deyib.
ABŞ silahları və Ukrayna ordusunun müqaviməti qarşısında Moskvanın növbəti dəfə taktikanı dəyişməli olduğu da xəbərlər sırasındadır.
İngiltərə kəşfiyyatının hesabatına görə, müharibədə istədiyi nailiyyətləri əldə edə bilməyən Rusiya taktikanı dəyişmək üçün düyməni basıb: “Rusiya aprel ayından bəri tərtib etdiyi plan çərçivəsində həlledici əməliyyatda irəliləyiş əldə edə bilmədikdən sonra, ehtimal ki, hücumun əməliyyat dizaynını dəyişir”