6 Avqust 2022 14:47
1 302
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanlı qardaşlarımızdan birinin şəhid olmasına səbəb olan hücumu qınayırıq”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ermənistan və Azərbaycan arasındakı son gəlişmələri dəyərləndirən Türkiyə prezidenti bildirib:

“İki gün əvvəl qardaşım İlhamla (Azərbaycan Prezidenti İlham Əliyevi nəzərdə tutur – red.) ətraflı danışdıq. İlk növbədə azərbaycanlı qardaşlarımızdan birinin şəhid olmasına səbəb olan hücumu qınayırıq. Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşən ərazisidir. Azərbaycan təbii olaraq öz ərazisində hər hansı qeyri-qanuni silahlı ünsürlərin olmasını istəmir. Üçtərəfli bəyannamənin imzalanmasından iki ilə yaxın vaxt keçir. Ermənistanın buradakı öhdəliklərini tez bir zamanda yerinə yetirməsi vacibdir.

Azərbaycanın Londondakı səfirliyinə hücumu da qəbuledilməz hesab edirik. Ümid edirik ki, bu hadisə ciddi və ətraflı araşdırılacaq və günahkarlar lazımi cəzanı alacaqlar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər