10 Avqust 2022 14:13
469
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusların rusların heç nə olmamış kimi normal yaşaması, Avropaya getməsi və turist olması düzgün deyil. Avropa İttifaqını kəskin tədbirlər görməyə çağırırıq”.

Teleqraf.com xəbər verir ki, bunu Finlandiyanın baş naziri Sanna Marin deyib.

Marinin açıqlamasından sonra Estoniyanın baş naziri Kaja Kallas da oxşar məzmunda “Twitter” hesabından paylaşım edib: “Avropaya səfər etmək insan hüququ deyil, imtiyazdır. Rusiya ilə turizm dərhal dayandırılmalıdır”.

Qeyd edək ki, Rusiya ilə həmsərhəd olan Estoniya və Finlandiya rusların səfərlərinin əleyhinə olduqlarını əvvəl də bəyan etmişdilər. Rusiyadan hava yolu ilə Avropa İttifaqına daxil olmaq qadağan olunsa da, ruslar bu iki ölkəni quru yoldan keçdikdən sonra digər Aİ ölkələrinə təyyarə ilə daxil ola bilirlər.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər