Əgər Rusiya ABŞ-da “terrorun sponsoru” elan edilərsə, ölkələr arasında münasibətlər “unudula bilər”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya-1” telekanalında “Vladimir Solovyovla axşam” verilişində deyib .
Kreml sözçüsü bəyan edib ki, Rusiyanın terrorizmin himayədarı kimi tanınması “geri dönüş nöqtəsi” olacaq və diplomatik münasibətlərin tamamilə pozulmasına səbəb ola bilər.
Rusiya Xarici İşlər Nazirliyi də ABŞ-ı beynəlxalq hüququ pozmaqda və “bütün tabuları tapdalamaqda” ittiham edib.
Qeyd edək ki, Rusiya Latviya Seymi tərəfindən də “terrorun sponsoru” elan edilib.