19 Avqust 2022 17:40
2 248
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Suriyanın ərazi bütövlüyündə gözümüz yoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Həmişə soruşuruq: terrorçular mənbəyi haradan əldə edirlər? Budur, hazırda Qamışlıda keyfiyyətsiz neft çıxaran terrorçular. Bəs bunu kim alır? Rejim alır. Pulun mənbəyi rejimdədir. Bunlar alırlar. Bütün bu faktlar ortadadır.

Digər tərəfdən, burada həmişə İranın da hesabları var. Bu hesablar da bizim önümüzdədir. İstəyirik ki, prosesi daha çox uzatmayaq. Suriya ərazisində gözümüz yoxdur. Çünki Suriya xalqı bizim qardaşımızdır. Orada bizim belə problemimiz yoxdur. Onların ərazi bütövlüyü bizim üçün önəmlidir. Bunu rejim də bilir. Soçi səfərimiz zamanı cənab Putinlə də bu məsələləri müzakirə etdik. Ümid edirəm ki, Suriyada gələcək dövr üçün konstitusiya ən qısa zamanda hazırlanacaq, bu iş təmin olunacaq və bu nöqtədə xalqın bütün problemlərinin aradan qaldırılması üçün addımlar atılacaq”, - Türkiyə lideri qeyd edib.

Ərdoğan Suriyada yeni antiterror əməliyyatlarının anonsunu da verib:

“Bir gecə qəfil gələ bilərik” deməyimiz əbəs deyil. Bu, vaxtı gələndə ediləcək. Amma bunu da deyim; Türkiyədən heç kim soruşmasın ki, belə bir şeyə hazırsınızmı? Bütün bunlara hazırıq, hər an lazım olanı etmək gücümüz də var. Təəssüf ki, hazırda xüsusilə Amerika minlərlə yük maşınları ilə silah-sursat, vasitələr, avadanlıqlar, ağlınıza nə gəlirsə, bölgəyə göndərir. Bunu kimlər üçün edir? Terror təşkilatları üçün”.


Müəllif: Mənsur Rəğbətoğlu