Ukraynanın işğal olunmuş Krım yarımadasının Yevpatoriya və Baxçasaray şəhərlərində silsilə partlayış səsləri eşidilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Yevpatoriyada baş verən partlayışları Krımın qondarma rəhbərliyi də təsdiqləyib.
Krımın “rəhbəri” Sergey Aksyonovun sözlərinə görə, partlayışdan sonra Rusiyanın hava hücumundan müdafiə sistemi işə salınıb.
“Krımın qərbində zenit sistemi işə salınıb. Hədəf vurulub. Tələfat və dağıntı yoxdur”, - o deyib.