Avqustun 21-də “Açıq qapılar günü” çərçivəsində kansler bağında Almaniya hökuməti başçısı Olaf Şoltsla fotosessiya təşkil olunub.
Teleqeaf.com xəbər verir ki, siyasətçinin yanına getməzdən əvvəl mühafizəçilər şəkil çəkmək istəyənləri yoxlayıblar.
Kanslerlə şəkil çəkdirmək adı altında iki qadın Şoltsa yaxınlaşaraq paltarlarını soyunub. Qızların sinələri üzərində qaz embarqosu əleyhinə şüar yazılıb. Onlar hökumət başçısının qarşısına boyalı əskinasları da səpələyiblər.
Mühafizəçilər dərhal qadınları ərazidən uzaqlaşdırıblar.