23 Avqust 2022 09:41
1 416
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusu ölkənin şərq bölgələrində üç istiqamətdə Rusiya qoşunlarının hücumunu dəf edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rusiya qüvvələri Slobojansk istiqamətində işğal olunmuş əraziləri və inzibati sərhədləri saxlamaq məqsədi ilə döyüş əməliyyatları aparır və taktiki mövqelərini təkmilləşdirməyə çalışır. Eyni zamanda, Donetskdə rusların əsas səyləri Baxmut və Avdiv istiqamətlərində yeni ərazilərin ələ keçirilməsinə yönəlib.

“Rusiya qoşunları Baxmut istiqamətində Zaytsev yaşayış məntəqəsi ərazisində kəşfiyyat, həmçinin Soledar və Kodema yaxınlığında hücum əməliyyatları aparmağa çalışsa da, uğursuzluqla geri çəkilib. Ruslar Avdiv istiqamətində də hərəkətə keçib. Amma Krasnoxorivka və Pervomayski yaxınlığında hücum uğursuz olub”, - Baş Qərargah bildirib.

Bundan əlavə, rus qoşunları Novopavlovsk istiqamətində Novomixailovka və Zolota Niva yaşayış məntəqələri ərazilərində hücum döyüşlərinə başlasalar da, bu cəhdləri uğursuz alınıb.

Rusiya ordusunun Pivdenbuz istiqamətində əsas səylərini işğal olunmuş mövqelərin saxlanmasına və Ukrayna qüvvələrinin irəliləməsinin qarşısının alınmasına yönəldib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər