Türkiyə və ABŞ müdafiə nazirləri Hulusi Akar və Lloyd Ostin Ankaraya F-16 qırıcılarının tədarükü məsələsini telefonla müzakirə ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Hərbi İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Nazirlər NATO çərçivəsində müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq, ikitərəfli və regional məsələlər, terrorizmlə mübarizə, həmçinin F-16-ların tədarükü məsələlərini müzakirə ediblər.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çərşənbə axşamı "Haber Global" telekanalının efirində bildirib ki, Ağ Ev administrasiyası Ankaranın döyüş təyyarələri alması prosesinə müsbət yanaşır.