“Ukrayna çox tezlikə Rusiya üzərində qələbə qazanacaq”.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı astroloq Vlad Ross deyib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Xersonu azad etdikdən sonra müharibənin başa çatması haqda danışmaq mümkün olacaq:
“Bu, yaxın gələcəkdə, avqustun sonundan sentyabr ayına qədər olan dövrdə baş verə bilər. Hər şey avqustda həll olunacağından və müharibədə kimin qalib gələcəyi bəlli olacağından, bu ayda raket atışlarının intensivləşməsini, nüvə və kimyəvi silahların istifadəni gözləmək olar.
Avqust-sentyabr aylarından etibarən Ukrayna istər-istəməz qalib gəlməyə başlayacaq. Avqust-sentyabr aylarında Ukrayna Xersonu azad edəcək və Krım körpüsünü vuracaq. Xersonun azad edilməsindən sonra isə Ukraynanın qalib gəldiyi bəlli olacaq”.