25 Avqust 2022 00:39
461
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Cozef Bayden bu gün Ukrayna lideri Volodimir Zelenskiyə zəng edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Kirbi qeyd edib ki, ABŞ Prezidenti Vaşinqtonun Kiyevə hərbi yardımının gedişatı barədə məlumat verəcək.

Ukraynaya silah tədarükünün mümkün vaxtı barədə Kirbi qeyd edib ki, artıq onlardan bəziləri anbarlarda var, bu səbəbdən onların alınması və çatdırılması tələb olunmayacaq.

Bundan əvvəl Bayden Ukraynaya 2,98 milyard dollarlıq hərbi yardım paketi elan edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər