25 Avqust 2022 01:43
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 21-i İtaliya sahillərində “May Saqa” yaxtası batıb.

Teleqraf.com xəbər verir ki, italyan mediası gəminin rusiyalı biznesmen Gennadi Ayvazyana məxsus olduğunu bildirib.

Məlumata görə, hadisə Skvillaçe körfəzində baş verib.

Ekipaj gəmidə su olduğunu bildirib. Onlar rusiyalı sahibkarın gəmisini limana aparmağa çalışsalar da, pis hava şəraiti səbəbindən yaxta batıb.

Qeyd edək ki, Gennadi Ayvazyan “Kuzbassrazrezugol” holdinqinin ortağı və “Krutrade”nin direktorlar şurasının sədridir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər