26 Avqust 2022 23:57
387
12 Punto 14 Punto 16 Punto 18 Punto

Norveç Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı iyulun 21-də tətbiq etdiyi yeddinci sanksiyalar paketinə qoşulub.

Teleqraf.com xəbər verir ki, bu barədə Norveç Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Rusiya rəhbərliyinə və Rusiya elitasının nümayəndələrinə təzyiqi saxlamaq üçün Rusiyaya qarşı sanksiyaların tətbiqi məsələsində yenidən Aİ ilə birgə fəaliyyət göstəririk”, - krallığın xarici işlər naziri Anniken Hyuitfeldt deyib.

Norveçin də qoşulduğu sanksiyalar Rusiya ilə kommersiya fəaliyyətinin aparılmasını daha da azaldır. Bundan əlavə, Moskva meri Sergey Sobyanin və “Rostex”in rəhbəri Sergey Çemezov da daxil olmaqla 50-dən çox fiziki şəxsə, eləcə də Rusiyanın “Sberbank”ı da daxil olmaqla 10 hüquqi şəxsə qarşı məhdudiyyətlər tətbiq edilib.

Yeddinci sanksiyalar paketi həmçinin qızılın birbaşa və dolayı yolla idxalına, alınmasına və ya ötürülməsinə qadağa qoyulmasını nəzərdə tutur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər