31 Avqust 2022 01:28
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ukraynanın müdafiə naziri Aleksey Reznikovla telefonla danışıb.

Teleqraf.com xəbər verir ki, bu haqda Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Reznikov nazir Akarı 30 Avqust Zəfər Bayramı və Türk Silahlı Qüvvələri Günü münasibətilə təbrik edib.

Nazir Akar da həmkarına təşəkkür edib və Ukraynaya dəstəklərinin davam edəcəyini vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər