ABŞ-ın Missisipi ştatının Tupelo şəhərində hava limanının əməkdaşı terror niyyətilə təyyarə qaçırıb.
Teleqraf.com xəbər verir ki, hava limanında tanker kimi işləyən 29 yaşlı Kori Ueyn Patterson yanacaqla tam dolu təyyarə ilə havaya qalxaraq onu "Valmart" supermarketinə çırpacağını bildirib.
Polis dərhal hərəkətə keçib və insanlar supermarketdən uzaqlaşdırılıb.
Pilot danışıqlardan sonra eniş etməyə razı olub.
O saxlanılıb və terror təhdidində ittiham olunur.