ABŞ-ın keçmiş prezidenti Barak Obama “Netflix”in “Bizim Böyük Milli Parklarımız” (2022) sənədli serialındakı roluna görə “Ən yaxşı hekayəçi” nominasiyasında “Emmi” mükafatını alıb.
Teleqeaf.com xəbər verir ki, bu barədə məlumat ABŞ Televiziya Elmləri və İncəsənəti Akademiyasının rəsmi saytında dərc olunub.
Məlmata görə, Obama mükafatı dünyanın milli parkları və onların vəhşi təbiətindən bəhs edən beş seriyalı serialın birinci seriyasının səslərdirilməsinə görə qazanıb.
Qeyd edək ki, “Emmi” mükafatı 1949-cu ildən bəri Hollivudda (Los-Ancelesdə)təqdim olunur. Hazırda o, televiziya sahəsində ABŞ-ın əsas mükafatı sayılır.