5 Sentyabr 2022 16:28
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 6-8 sentyabr tarixlərində Bosniya-Herseqovina, Serbiya və Xorvatiyaya səfər edəcək.

Teleqraf.com xəbər verir ki, Türkiyə liderinin ilk dayanacağı Bosniya-Herseqovina olacaq.

Ərdoğanın Prezident Şurasının 3 üzvü ilə görüşü gözlənilir. Görüşlərdə Türkiyənin Balkanda sülhün davam etdirilməsinə hər cür töhfə verməyə davam edəcəyi mesajı veriləcək.

Prezident Ərdoğanın Balkan turunun digər mühüm gündəm mövzusu iqtisadiyyat olacaq. Region ölkələri ilə əlaqələrin yaxşılaşdırılması istiqamətində atılacaq addımlar qiymətləndiriləcək.

İkitərəfli və nümayəndə heyətləri arası görüşlər keçiriləcək. Ərdoğanın səfəri zamanı mühüm ikitərəfli sazişlərin imzalanması da nəzərdə tutulur.

Prezident Ərdoğanı üç ölkəyə səfəri zamanı iş adamlarından ibarət böyük bir heyət müşayiət edəcək. Qarşılıqlı investisiyaların və ticarət həcminin artırılması üçün atılacaq addımlar müzakirə olunacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər