9 Sentyabr 2022 14:54
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı Şurası Rusiya Federasiyası ilə sadələşdirilmiş viza rejiminə dair sazişin tam ləğvini təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, bu haqda Aİ Şurasının bəyanatında deyilir.

“Bu gün Şura Aİ ilə Rusiya arasında viza rejiminin sadələşdirilməsinə dair razılaşmanı tamamilə dayandıran qərar qəbul edib. Müvafiq olaraq, viza məcəlləsinin ümumi qaydaları Rusiya vətəndaşlarına şamil ediləcək”, - deyə bəyanatda qeyd edilir.

Qərarın sentyabrın 12-də qüvvəyə minəcəyi gözlənilir. Ruslar üçün viza rüsumu 35 avrodan 80 avroya yüksələcək.

Həmçinin, ruslar üçün Aİ ölkələrinə uzunmüddətli və çoxdəfəlik viza almaq daha çətinləşəcək, birdəfəlik Şengen vizasının səyahət tarixlərinə uyğun verilməsi adi hala çevriləcək.

Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak artıq Aİ Şurasının qərarını şərh edib: “Qərar viza rüsumunun 35 avrodan 80 avroya qədər artırılmasına, əlavə sənədlərin təqdim edilməsinə, vizaların verilməsi şərtlərinin artırılmasına və çoxsaylı vizanın verilməsi qaydalarının sərtləşdirilməsinə səbəb olacaq. Təbii ki, bu, gələcəkdə lazım olacaq tam viza qadağasını nəzərdə tutmalıdır”.

Qeyd edək ki, sentyabrın 8-də Baltikyanı ölkələr və Polşa rusiyalı turistlərin ölkəyə girişini qadağan edib. Sentyabrın 19-dan etibarən Şengen vizası olan Rusiya Federasiyasının vətəndaşları Estoniyaya daxil ola bilməyəcəklər, bu barədə ölkənin xarici işlər naziri Urmas Reinsalu bildirib. Oxşar addımı Latviya və Litva da atacaq.


Müəllif: Nemət

Oxşar xəbərlər