12 Sentyabr 2022 20:19
1 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2015-ci ildə İranla imzalanmış sazişin bərpası Yaxın Şərqdə nüvə silahı yarışına gətirib çıxaracaq və yeni terror dalğasına səbəb olacaq kritik səhvdir”.

Teleqraf.com xəbər verir ki, bunu İsrail Baş naziri Yair Lapid Berlində Almaniya Kansleri Olaf Şolzla görüşündən sonra deyib.

Onun sözlərinə görə, İranla uğursuz danışıqlardan imtina etməyin vaxtıdır. Lapid İranın istəyinə nail ola bilməyəcəyini də vurğulayıb.

“İranın nüvə proqramını dayandırmaq üçün yeni strategiyanın zəruriliyini müzakirə etdik. Nüvə İranı Yaxın Şərqdə sabitliyi pozacaq və bütün dünya üçün təhlükə yaradacaq nüvə silahlanma yarışı yaradacaq”, - İsrail baş naziri qeyd edib.

Lapid hesab edir ki, indiki şəraitdə nüvə sazişinə qayıtmaq kritik səhv olardı: “Sanksiyaların aradan qaldırılması və İrana yüz milyardlarla dolların axıdılması təkcə Yaxın Şərqə deyil, bütün Avropaya terror dalğası gətirəcək”.

Olaf Şolz isə İranla yeni nüvə sazişinin yaxın gələcəkdə imzalanacağına inamadığını dilə gətirib: “Bu, yaxın gələcəkdə, bir müddət sonra baş verəcək kimi görünsə də, belə olmayacaq”.

Kansler onu da deyib ki, İranın istənilən nüvə silahından istifadə etməsi bütün region üçün dağıdıcı olacaq və bunun qarşısı alınmalıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər