13 Sentyabr 2022 23:39
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusunun hücumu davam edərkən, Rusiya mətbuatından diqqətçəkən bir iddia gündəmə gəlib. Dövlət televiziyası "Rossiya 1" Vladimir Putinin tələyə düşdüyünü şərh edib.

Teleqraf.com xəbər verir ki, müharibədə təşəbbüsü ələ alan Ukrayna qüvvələri qarşısında rus qoşunları geri çəkilir. Rusiya bu vəziyyəti “yenidən qruplaşma” kimi təqdim edir, amma bölgədəki son durum Rusiya ictimaiyyətində həssaslıqla izlənilir.

Canlı yayımdakı çıxşında Putinin tələyə düşdüyünü deyən keçmiş parlament üzvü Boris Nadejdin buna görə Rusiya rəhbərinin müşavirlərini günahlandırıb: “Əməliyyatın tez və təsirli olacağı barədə Putinə məlumat verənlər hamımızı tələyə salıblar”.

Ukraynanı məğlub etməyin qeyri-mümkünlüyünü ifadə edən Nadejdinin sözlərinə görə, problemləri siyasətlə həll etməyin vaxtıdır.


Müəllif: Nemət

Oxşar xəbərlər