16 Sentyabr 2022 22:26
1 380
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Prezidenti Vladimir Putin Ukrayna müharibəsində məğlub olmalı və əməllərinin hesabını verməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen deyib.

“Putinin ölümünə sevinəcəksinizmi?” sualına Leyen belə cavab verib:

“İnsan biri öləndə heç vaxt sevinməməlidir. Bu, hər bir insan üçün belədir. Amma Putin bu müharibəni uduzmalı və öz əməllərinə görə cavab verməlidir, bu, mənim üçün vacibdir”.

Aİ rəsmisi qeyd edib ki, Ukraynada ağır hərbi cinayətlər törədilib:

“Bu, şübhəsizdir. Buna görə də, biz sübutların toplanmasının və Beynəlxalq Cinayətlər Məhkəməsində mühakimənin mümkünlüyünün tərəfdarıyıq. Bu, bizim ümumi beynəlxalq hüquq nizamımızın əsasıdır və bu cinayətləri törədənləri cəzalandırmalıyıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər