18 Sentyabr 2022 14:42
1 332
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Baş naziri Yair Lapid BMT Baş Assambleyasının ABŞ-ın Nyu-York şəhərində keçkiriləcək sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməyə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, Lapid 2008-ci ildən bəri Ərdoğanla görüşəcək ilk İsrail hökumət başçısı olacaq.

İsrail baş nazirinin Türkiyə prezidenti ilə görüşü iki ölkə arasında davam edən yaxınlaşma prosesində növbəti addımdır. Ötən ay İsrail və Türkiyə münasibətləri yenidən normallaşdırmaq barədə razılığa gəlib. Normallaşma prosesi çərçivəsində qarşılıqlı şəkildə səfirlərin təyin edilməsi də razılaşdırılıb.

Lapid bundan əvvəl İsrailin xarici işlər naziri kimi türk həmkarı Mövlud Çavuşoğlu ilə görüşmək üçün Ankaraya gedib. Çavuşoğlu da ötən ay İsraildə səfərdə olub.

İsrail baş nazirinin BMT-dəki çıxışının əsas diqqət mərkəzində İranın nüvə proqramı olacaq. Lapidin 2015-ci il nüvə sazişinin bərpasına qarşı çıxacağı gözlənilir .

Türkiyə prezidenti sammitə qatılmaq üçün dünən ABŞ-a gedib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər