19 Sentyabr 2022 08:29
391
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tacikistanla sərhəddə baş verən qarşıdurmalarda həlak olan Qırğızıstan vətəndaşlarının sayı 59-a çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

“Əməliyyat məlumatlarına görə, daha 13 nəfərin cəsədi Batken vilayətinin səhiyyə müəssisələrinə daxil olub. Bölgədəki silahlı qarşıdurma nəticəsində ölənlərin ümumi sayı 59 nəfərdir”, - məlumatda bildirilib.

Qeyd edək ki, qarşı tərəfin məlumatına görə, hərbi qarşıdurma nəticəsində 38 Tacikistan vətəndaşı həlak olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər