19 Sentyabr 2022 16:50
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyaya qarşı Xarkov vilayətində hərbi cinayətlər törətməkdə ittihamlar Buçada olduğu kimi eyni ssenari üzrə gedir. Bu yalandır”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

“Bu, Buça ilə eyni ssenaridir. Hər şey bir ssenari üzrə gedir. Bu yalandır və təbii ki, biz bu hekayə boyu həqiqətin müdafiəsinə qalxacağıq”, - Kremlin sözçüsü bildirib.

Bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski Xarkov vilayətinin İzyum şəhərində kütləvi məzarlıq aşkarlandığını iddia edib. O, xarici KİV nümayəndələrini ora gətirəcəyini deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər