Ukraynanın cənubunda rus ordusuna məxsus Su-25 hücum təyyarəsi və Şahed-136 kamikadze Pilotsuz Uçuş Aparatı (PUA) məhv edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı Feysbuk sosial şəbəkəsində məlumat yayıb.
“Xerson vilayətində Rusiyanın daha bir Su-25 hücum təyyarəsi Cənub Hava Komandanlığının Odessa zenit-raket briqadasının hərbçiləri tərəfindən vurulub”, - məlumatda deyilir.
Əlavə olunur ki, Nikolayev vilayətində Cənub Hərbi Hava Komandanlığının zenit müdafiə qüvvələri İran istehsalı olan “Şahed-136” kamikadze dronunu məhv edib.