23 Sentyabr 2022 00:42
337
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT baş katibi Antonio Quterreş Rusiya ilə Ukrayna arasında 200-dən çox hərbi əsir mübadiləsində oynadığı rola görə Türkiyəyə təşəkkür edib.

Teleqraf.com xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin səfərbərlik qərarını “təhlükəli və narahatedici” adlandıran A.Quterreş əlavə edib ki, bu addım sülhdən uzaqlaşdırır və daha çox qan tökülməsinə səbəb olacaq:

"Ukrayna ilə Rusiya arasında 200-dən çox hərbi əsir mübadiləsi müsbət haldır. Mən Türkiyə və Səudiyyə Ərəbistanı hökumətlərinə bu razılaşmada oynadıqları rola görə təşəkkür edirəm”.

BMT rəhbəri Ukraynadan Qara dəniz vasitəsilə taxıl ixracına toxunub: "Ukrayna ilə Rusiya arasında iyul ayında Türkiyənin dəstəyi ilə imzalanmış taxıl sazişi sayəsində 4,3 milyon tondan çox taxıl və ərzaq ixrac edilib. Taxıl və ərzaqla dolu gəmilər Əfqanıstan, Afrika və Yəmən də daxil olmaqla 29 ölkəyə göndərilib”.


Müəllif: Teleqraf.com