Pentaqon nüvə arsenalının sabitliyi pozan modernləşdirilməsini həyata keçirir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
“Vaşinqtonun Vladimir Putinin Rusiya çəkindirmə qüvvələrini xüsusi həyəcan rejiminə keçirmək barədə göstərişinə ağrılı reaksiyasını müşahidə etdik. Biz qeyd edirik ki, heç kimi nüvə silahı ilə hədələmirik. Onlardan istifadə meyarları hərbi doktrinada təsvir olunub və 2 iyun 2020-ci il tarixli “Rusiyanın nüvə silahının qarşısının alınması sahəsində dövlət siyasətinin əsasları”nda göstərilib”, - deyə Ryabkov bildirib.