29 Sentyabr 2022 10:56
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Güc itkisi və yüksək inflyasiya Avropada tənəzzül ehtimalını artırıb və avrozona üçün uzunmüddətli artım proqnozunu daha da məhdudlaşdırıb”.

Teleqraf.com xəbər verir ki, bunu Dünya Bankının prezidenti David Malpass bildirib.

Malpass bəyan edib ki, avronun zəifləməsi və yüksək inflyasiyanın Avropada resessiya ehtimalını artırır.

Stenford Universitetində çıxış edən Malpass dünyanın bir sıra böhranlarla üzləşdiyini bildirib.

İnkişaf etməkdə olan dünya üçün ən aktual təhlükənin qlobal tənəzzülə çevrilən qlobal artımın kəskin yavaşlaması olduğunu bildirən Malpass, bir çox inkişaf etməkdə olan ölkələrin pandemiyadan əvvəlki dövrdə adambaşına düşən gəlir səviyyəsinə çata bilmədiklərini qeyd edib.

ABŞ iqtisadiyyatının bu ilin ilk iki rübündə daraldığını xatırladan Malpass, koronavirus epidemiyasına qarşı alınan karantin tədbirləri səbəbiylə Çinin də iqtisadi artımının kəskin şəkildə yavaşladığını qeyd edib.

Rusiyanın Ukraynada başlatdığı müharibə səbəbiylə Avropanın enerji qiymətlərində ani artımla qarşı-qarşıya qaldığına diqqət çəkən Malpass əlavə edib ki, Avronun zəifliyi və yüksək inflyasiya Avropada tənəzzül ehtimalını artırıb.

Malpass inkişaf etməkdə olan ölkələrin inflyasiya, yavaşlayan böyümə, aşağı məhsuldarlıq, qlobal enerji qaynaqlarının tükənməsi və inkişaf etmiş iqtisadiyyatlardakı yüksək faiz dərəcələri kimi tendensiyaların 2023-cü ildən sonra da davam edəcəyi riski ilə üzləşdiyini bildirib.

O vurğulayıb ku, qlobal enerji istehsalında Rusiyadan asılılığın azalması üçün illər lazım ola bilər ki, bu da staqflyasiya riskini və ya aşağı artım və yüksək inflyasiya dövrünü uzada bilər.


Müəllif: Nemət

Oxşar xəbərlər