Bağdadda tibb laboratoriyasının binasının uçması nəticəsində bir nəfər dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, İraqın Xilasetmə Xidməti ölən şəxsin cəsədini dağıntılar altından çıxarıblar.
Axtarış-xilasetmə əməliyyatı davam edir.
Son məlumatda qeyd edilir ki, dağıntılar altından 13 nəfər xilas olunub.
Hadisənin başvermə səbəbləri açıqlanmır.