4 Oktyabr 2022 10:44
490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən sutka ərzində Rusiya ordusu Ukraynada yeddi məntəqədə hücum əməliyyatı həyata keçirib. Ukrayna Silahlı Qüvvələri həmin hücumları dəf edə bilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz Feysbuk səhifəsində məlumat yayıb.

“Son sutka ərzində Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Vyemka, Mayorsk, Spornoe, Ozeryanovka, Baxmutskoe, Kamenka və Ternovye Podı yaşayış məntəqələri ərazilərində rus ordusunun hücumlarını dəf edib”, - məlumatda deyilir.


Müəllif: Nemət