Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, fəlakət zonasından 1 milyona yaxın insan təxliyyə edilib.
Məlumata görə, şiddətli külək və yağışlarla müşayiət olunan qasırğa Filippinin mərkəzi bölgəsində yer sürüşmələrinə səbəb olub. Nəticədə yerüstü nəqliyyatın hərəkəti tamamilə iflic olub. 200-ə yaxın aviareys təxirə salınıb, bir neçə hava limanı bağlanıb.
Təbii fəlakət nəticəsində zərərçəkənlərin sayı on minlərlə ölçülür. “Xaqupit” bu mövsüm Sakit okean regionunda formalaşan sayca 22-ci tropik qasırğadır.