ABŞ Prezidenti Co Bayden benzinin qiymətinin artmasına görə Rusiya və Səudiyyə Ərəbistanını günahlandırıb.
Teleqraf.com xəbər verir ki, Bayden OPEK-in gündəlik neft hasilatının 2 milyon barel azaldılması qərarına reaksiya verib.
“Qazın qiymətini 1.60 dollardan aşağı ala bilərdim. Amma rusların və səudların etdiklərinə görə benzinin qiyməti qalxır. Bu məsələ hələ bitməyib”, - Amerika lideri deyib.
Bayden iyulda Ciddəyə gedib və Səudiyyə Ərəbistanından hasilatı artırmağı və neftin qiymətini aşağı salmağı xahiş edib.
OPEK-in qərarından sonra demokrat konqresmenlər Səudiyyə Ərəbistanı və BƏƏ-ni ABŞ-a qarşı fəal işləməkdə ittiham edərək, Amerika qoşunlarının bu ölkələrdən çıxarılmasını nəzərdə tutan qanun layihəsini Konqresə təqdim ediblər.