Rusiyanın tələsik yaratdığı alayı dərhal Xerson və Nikolayev vilayətlərində cəbhə xəttinə köçürülüb.
Teleqraf.com xəbər verir ki, bu haqda Ukryna Baş Qərargahı bildirir:
“1-ci Ordu Korpusunun 127-ci atıcı alayında kritik vəziyyət yaranıb. Tələsik yaradılan alay 49-cu ordu komandirinin qərarı ilə dərhal Xerson və Nikolayevdə ön döyüş xəttinə keçirilib. Səfərbər olunan hərbçilərin yaxınları Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarına əhəmiyyətli itkilər və hərbi komandanlığın hərəkətsizliyi ilə bağlı müraciət hazırlayıblar. Bölmələrdə su və yeməklə bağlı uzun müddət fasilələr yaranır”.
Baş Qərargah qeyd edib ki, rusların hərbçiləri ən yaxşı halda köhnə tipli mühafizə vasitələri ilə təchiz olunub və bu, çoxsaylı itkilərə səbəb olur.