11 Oktyabr 2022 17:09
1 281
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zelenskini Hitlerlə müqayisə etmək olmaz, çünki o, üçüncü ölkələrin sifarişi ilə Rusiyaya qarşı hərəkət edir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Söhbət nasistlərdən gedirsə, o zaman Hitler Sovet İttifaqına hücum etmək və onu məhv etmək üçün Avropanın əksər ölkələrini öz bayrağı altında birləşdirdi. İndi təxminən həmin ölkələr qrupu bəzi dəyişikliklərlə Zelenskini dəstəkləyir. Ancaq Zelenski, əlbəttə ki, Hitler deyil, çünki Rusiyaya qarşı hərəkətləri o müəyyənləşdirmir, ona konkret işləri görmək əmri verilir”, - nazir bildirib.

Onun sözlərinə görə, Ukrayna lideri öz əhval-ruhiyyəsinə və ya Qərb paytaxtlarından gələn göstərişlərdən asılı olaraq, Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara qoyduğu qadağanı aradan qaldıra bilər:

“İstisna etmirəm ki, o, özünə qadağa qoyub, amma bir səhər əhval-ruhiyyəsinə uyğun olaraq bunu unudacaq, ya da bunun üçün ona əmr verəcəklər. Məsələn, London və Vaşinqtondan ona “hə” deyildikdən sonra. İndi yaxşı oynayır, peşəkar oynayır, fikrini dəyişdikdən sonra simasını qorumaq üçün də yaxşı oynayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər