Moldovanın dövlət teleradio şirkəti Rusiyanın Ukraynadakı hərəkətlərini dəstəklədklərinə görə Moldova Pravoslav Kilsəsinin ruhanilərinin efirə çıxmasını qadağan edib.
Teleqraf.com xəbər verir ki, şirkət Ukraynaya qarşı təcavüzü açıq və ya dolayısı ilə dəstəkləyən Moldova vətəndaşlarının, o cümlədən kilsənin ali nümayəndələrinin ictimai radio və televiziya stansiyalarına çıxışını məhdudlaşdırmaq hüququndan istifadə edib.
Qeyd edək ki, ötən həftə Moldova KİV-ləri Kişinyov və bütün Moldovanın mitropoliti Vladimiri Moskvaya səfər etdiyinə görə sərt şəkildə tənqid edib.