16 Oktyabr 2022 01:41
1 797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Vladimir Zelenski Donbassda Artyomovsk istiqamətində vəziyyətin hazırda çox gərgin olduğunu bildirib.

Teleqraf.com Ukrayna liderinin Telegram kanalına istinadən xəbər verir.

“Donetsk və Luqansk vilayətlərində, xüsusən də son günlər mövqe tutduğumuz Baxmut istiqamətində (Baxmut Artemovsk şəhərinin Ukrayna adıdır – red.) çox çətin vəziyyət davam edir”, - deyə Zelenski bildirib.

Ötən gün Luqansk Xalq Respublikasının xalq milislərinin zabiti Andrey Maroçko bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin tərkibində xarici muzdlular və radikallar da daxil olmaqla, təxminən 200 nəfərdən ibarət taktiki qrup Artemivska göndərilib.

Onun sözlərinə görə, Ukrayna əsgərləri Rusiya Silahlı Qüvvələrinin hücumu səbəbindən qaçır.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər