“ABŞ İrandakı etirazçılara dəstək vermək üçün addımlar atır”.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bildirib.
“İrandakı etirazçıları dəstəkləmək üçün bir sıra aqressiv addımlar atırıq. İlk növbədə, biz etirazçılara qarşı repressiyalardan istifadə edən, onların döyülməsini və öldürülməsini təşkil edən qəddar məmurları məsuliyyətə cəlb etməyə çalışırıq” - deyə, Sallivan bildirib.
Daha öncə ABŞ Prezidenti Cozef Bayden bildirib ki, İranda etirazlar hələ uzun müddət davam edəcək.