18 Oktyabr 2022 08:28
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın "Exxon Mobil" şirkəti "Saxalin-1" PBS layihəsinin yeni operatorunun yaradılmasından sonra Rusiyanı tamamilə tərk edib.

Teleqraf.com xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti açıqlama yayıb.

"Biz ekspropriasiyadan sonra Rusiyanı tərk etdik. Bizim prioritetimiz həmişə "Saxalin-1"də işçiləri, ətraf mühiti və əməliyyatların bütövlüyünü qoruyan məsuliyyətli operator olmaq olub. İki fərmanla Rusiya hökuməti birtərəfli qaydada "Saxalin-1"dəki maraqlarımızı dayandırdı və layihə Rusiya operatoruna verildi", - deyə mətbuat xidmətindən bildirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər