18 Oktyabr 2022 14:40
1 475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə müxalifətdə olan Gələcək Partiyasının Qurucu Şurasının üzvü və partiya sədri Əhməd Davudoğlunun erməni əsilli müşaviri Etiyen Mahçupyan seçkilərdə Prezident Rəcəb Tayyib Ərdoğana səs verə biləcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Mahçupyan qatıldığı bir televiziya proqramında Ankara bələdiyyəsinin sədri Mənsur Yavaş və Ərdoğanı müqayisə edib.

“Son pərdə açılanda Tayyib Ərdoğanla Mənsur Yavaş üz-üzə qalsa, kimə səs verəcəyimi bilmirəm. Amma yenidən Tayyib Ərdoğana səs verə bilərəm. Çünki bu məqamda əsas məsələ - dövlət-siyasət münasibəti dəyişməyəcəksə, Putinlə bir masa arxasında otursa, kimə güvənərəm: Mənsur Yavaşa, yoxsa Ərdoğana? Bəllidir ki, Ərdoğana güvənərəm”, - partiya rəsmisi bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər