Ukrayna hüquq-mühafizə orqanları “Motor Sich” şirkətinin prezidenti Vyaçeslav Boquslayevlə Rusiya Federasiyası arasında əməkdaşlığa dair sübutlar açıqlayıb.
Teleqraf.com xəbər verir ki, şirkət Rusiya ordusunun Ukraynaya genişmiqyaslı əməliyyata başlayandan sonra da ehtiyat hissələrinin o ölkəyə tədarükünü davam etdirib.
Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, bu yolla o, faktiki olaraq hərbi əməliyyatlara dəstək verib:
"Ukraynanın şəhər və kəndlərini atəşə tutmağa kömək edib.
Eyni zamanda o, Rusiyanın hücumuna haqq qazandırıb və Putinin qoşunların irəliləyişini dayandırmayacağına ümid edib".