“Ukrayna əsgərləri Xersonda Dnepr üzərindəki bütün körpülərə nəzarət edir, ona görə də ruslar İzyumda olduğu kimi şəhəri tərk edə bilməyəcəklər”.
Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın Müdafiə naziri Aleksiy Reznikov bildirib.
Onun sözlərinə görə, rusların Xersonda qalması və Ukrayna Silahlı Qüvvələri ilə küçə döyüşləri aparması təhlükəlidir:
"Çünki onların geriyə yolu olmayacaq. Rusların küçə döyüşləri apara biləcəklərinə tam inanmıram. Çünki onlar üçün bu, optimal variant deyil. Biz Dnepr çayındakı bütün körpülərə HIMARS və digər artilleriya qurğularından istifadə etməklə nəzarət edirik. Bu onlar üçün risklidir. Xersonda qalsınlar, çünki o zaman İzyumda etdikləri kimi qaça bilməyəcəklər”.
Nazir vurğulayıb ki, Ukraynadakı müharibə hazırda işğal olunmuş ərazilərin mərhələli şəkildə azad edilməsinin üçüncü mərhələsindədir:
"Birinci mərhələ rus ordusunu dayandırmaq olub. İkinci mərhələdə bütün cəbhə xətti boyunca vəziyyəti sabitləşdirmək mümkün oldu. Üçüncü mərhələ isə indi baş verənlərdir".