Beynəlxalq Maliyyə İnstitutunun baş iqtisadçısı Robin Bruks Türkiyə iqtisadiyyatı ilə bağlı diqqətçəkən açıqlama verib.
Teleqraf.com xəbər verir ki, mütəxəssis türk iqtisadiyyatının inkişafında pik həddə qalxacağını bildirib.
“Digər inkişaf etməkdə olan bazarlardan fərqli olaraq, Türkiyə ixrac həcmlərində bum yaşadı. Türkiyənin böyük ixrac rəqəmləri və rəqabət gücünü nəzərə alsaq, Türkiyənin qlobal iqtisadiyyatda uğurlu olması üçün bir çox şərtlər var. Sadəcə makro sabitlik lazımdır və Türkiyə bum yaşayacaq”, - Bruks söyləyib.
Sentyabrda Türkiyənin ixracatı əvvəlki ilin eyni ayına görə 9.2% artaraq 22.6 milyard dollara çatıb. Bu, sentyabrda indiyədək qeydə alınmış ən yüksək ixracat rəqəmidir.
Türkiyənin 2022-ci ilin yanvar-sentyabr dövründə ixracatı əvvəlki ilin eyni dövrünə görə 17% artaraq 188.2 milyard dollara çatıb.