30 Oktyabr 2022 08:13
1 227
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreyanın paytaxtı Seulun mərkəzində Hellouin bayramı zamanı baş verən izdiham nəticəsində ölənlərin sayı 151 nəfərə çatıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bunlardan 97 qadın və 54 kişi, daha 82 nəfərin yaralandığına dair xəbərlər yayılıb.

Ölənlər arasında 19 əcnəbi var. Yaralılar 36 xəstəxanaya yerləşdirilib.

Həmçinin bildirilir ki, 270 nəfər itkin düşüb.

***

02:03 - 30.10.2022

Seulda Hellouin şənliyində baş verən izdihamın səbəbi məşhur şəxs ola bilər.

Teleqraf xəbər verir ki, bunu YTN kanalı irəli sürüb.

Bildirilir ki, izdiham adı açıqlanmayan məşhur estrada artistinin barların birində görünməsi ilə bağlı şayiədən sonra yaranıb. Bundan sonra tamaşaçılar ulduzun dincəldiyi iddia edilən binaya axışıblar.

Son məlumatlara görə, baş verən izdihamda ölənlərin sayı 146-ya yüksəlib, 150 nəfər yaralanıb. Hadisə oktyabrın 29-u şənbə günü axşam saat 22:00 radələrində Hamilton otelinin yaxınlığındakı dar bir küçədə baş verib.

***

22:42 - 29.10.2022

Cənubi Koreyanın paytaxtı Seulun mərkəzində Hellouin bayramı zamanı baş verən izdiham nəticəsində ölənlərin sayı 120 nəfərə çatıb.

Teleqraf.com “Yonhap” agentliyinə istinadən xəbər verir.

Bildirilib ki, izdihamda 100 minə yaxın insan toplaşıb.

****

22:14 - 29.10.2022

Cənubi Koreyada Seulun mərkəzində Hellouin bayramı münasibətilə yaranan izdiham nəticəsində ilkin məlumata görə, 59 nəfər ölüb, 150 nəfər yaralanıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerinə onlarla təcili yardım və polis əməkdaşı gəlib.

"Yonhap" agentliyi qeyd edib ki, izdihamda 100 minə yaxın insan toplaşıb.

Prezident Yun Sok Yol və Baş nazir Xan Dok Su hadisəyə reaksiya verərək tibb mütəxəssislərini lazımi yardım göstərməyə çağırıblar. Dövlət başçısı da təcili müşavirə çağırıb.

Hadisənin Hamilton otelinin yaxınlığındakı dar küçədə baş verdiyi bildirilir.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər