"Məqsədimiz böyükdür. Baxışımız geniş, imanımız tamdır. Güclü olmağın və güclü qalmağın yolu öz-özünə kifayətlənmək və möhtac olmamaqdır. Buna görə də hər fürsətdə yerli və milli deyirik. Müdafiə sənayesindən avtomobilə, enerjidən sağlamlığa qədər hər sahədə əldə etdiyimiz uğurları gördükdən sonra ürəyi sevinclə dolmayan varmı?"
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri prezident Rəcəb Tayyib Ərdoğan yerli TOGG elektromobilinin kütləvi istehsalının həyata keçiriləcəyi Gemlik fabrikində çıxışı zamanı deyib.
"Burada tayfun raketləri atıldı, bəs yunanlar nə etdi? Tayfun dərhal yunan televiziya verilişlərində gündəm oldu. Sadəcə gözləyin və baxın, bunun arxası gələcək. İndi "Toqq" bütün modelləri ilə Avropanın yollarına çıxanda ciddi şəkildə narahat olacaqlar. Deyəcəklər “Çılğın türklər gəlir”".
Ərdoğan bildirib ki, dünyanın harasına getsəniz, türk markaları ilə qarşılaşacaqsınız. "TOGG" da prestijli brend olaraq dünyanın bir çox ölkələrində yolları bəzəyəcək.